Əsas məzmuna keç
GoJob

Keyfiyyətə nəzarət üzrə mühəndis (Dəmir beton işləri)

Avant ConstructionBakıda keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 oktyabr 2026
Son müraciət tarixi
6 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Avant Construction Bakıda keyfiyyətə nəzarət üzrə mühəndis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Dəmir-beton işlərinin (armatur, kalıp, beton tökmə) keyfiyyətinə sahədə nəzarətin həyata keçirilməsi
  • İşlərin layihə, texniki şərtlər və standartlara uyğun icrasının yoxlanılması
  • Beton tökülməsi öncəsi və sonrası yoxlamaların (pre-pour / post-pour inspections) aparılması
  • Materialların (sement, armatur, qatqılar və s.) keyfiyyət sertifikatlarının yoxlanılması
  • Laborator testlərin (slump test, kub nümunələr və s.) təşkili və nəticələrin izlənilməsi
  • Uyğunsuzluqların (NCR) aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
  • Podratçı işlərinin keyfiyyət baxımından nəzarətdə saxlanılması
  • Gündəlik və həftəlik hesabatların hazırlanması
  • Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi
  • İş təhlükəsizliyi və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi üzrə)
  • Dəmir-beton işləri üzrə minimum 2–4 il iş təcrübəsi
  • Beton, armatur və kalıp işləri üzrə texniki biliklər
  • Layihə sənədlərini (shop drawing, IFC) oxuma və təhlil etmə bacarığı
  • Yerli normativlər və beynəlxalq standartlar (ASTM, BS, Eurocode və s.) üzrə biliklər
  • Beton tökülməsi, curing, slump test və digər laborator nəzarət prosedurları üzrə anlayış
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
  • Detallara diqqət, məsuliyyət və operativ qərarvermə bacarığı
  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür

Əmək şəraiti:

  • İş qrafiki: 6 gün 
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Avant Construction şirkətinin digər vakansiyaları

Avant Construction vakansiyaları