Əsas məzmuna keç
GoJob

Risk və komplayens meneceri

Group MotorsBakıda komplayens üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

Group Motors Bakıda komplayens üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

Kredit riski

  • Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi yazmaq
  • Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü ərzində rəy vermək
  • Kredit Komitəsinin iclaslarında səs vermək, qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq
  • Zaminlərin (fiziki və hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək

Qərar mexanizmi və siyasətlər

  • Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin təsdiqinə təqdim etmək
  • Qaydaların nəticələrini data analitiki ilə birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək
  • Kredit siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq

Komplayens və AML

  • KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək
  • Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək
  • AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə hesabat prosesini qurmaq
  • Müşahidə Şurasına AML üzrə dövri hesabat vermək

Daxili nəzarət

  • Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq
  • Sistemlərə giriş hüquqlarına nəzarət etmək
  • Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim etmək

Tələblər

  • Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
  • Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il təcrübə
  • AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik bilik
  • Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək bacarığı
  • Azərbaycan Kredit Bürosu hesabatları ilə iş təcrübəsi

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Risk və kamplayens meneceri " qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Group Motors şirkətinin digər vakansiyaları

Group Motors vakansiyaları