Əsas məzmuna keç
GoJob

Kontent meneceri

HandexBakıda kontent meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 oktyabr 2026
Son müraciət tarixi
25 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

Handex Bakının Nəsimi rayonunda kontent meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İşəgötürən: Handex Təhsil Mərkəzi

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları üçün kontent planının hazırlanması və icrasının təmin edilməsi;
  • Sosial media hesabları üçün kreativ ideyaların və aktual kontent formatlarının hazırlanması;
  • Foto və video materialların hazırlanması, çəkiliş prosesinin təşkili və həyata keçirilməsi;
  • Təlimlər, tədbirlər və gündəlik iş prosesindən maraqlı anların çəkilərək sosial media üçün uyğun formata salınması;
  • Qısa videoların (Reels və digər formatlar) hazırlanması, montajı və paylaşım üçün optimallaşdırılması;
  • Mətn, vizual və video materialların vahid kommunikasiya üslubuna uyğun hazırlanması;
  • Sosial media trendlərinin izlənilməsi və onların brendin fəaliyyətinə uyğun tətbiqi;
  • Kontentin nəticələrinin izlənilməsi və auditoriyanın maraqlarına uyğun təkliflərin verilməsi.

Namizədə tələblər

  • Kontent menecmenti üzrə praktiki təcrübə;
  • Kreativ düşüncə və vizual zövq;
  • Foto və video çəkilişinin əsas prinsiplərini bilmək;
  • Cupcut tətbiqində işləmək bacarığı;
  • Premiere Pro bilmək üstünlükdür;
  • Azərbaycan dilində düzgün və yaradıcı mətnlər hazırlamaq bacarığı;
  • Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
  • Yeni trendləri izləmək, ideyaları praktik nəticəyə çevirmək həvəsi.

Üstünlüklər

  • Reels və digər qısa video formatlarının hazırlanması üzrə təcrübə;
  • Təhsil, tədbir və ya korporativ mühitdə kontent hazırlamaq təcrübəsi;

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kontent meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

Handex şirkətinin digər vakansiyaları

Handex vakansiyaları