Satış üzrə mütəxəssis
HandexBakıda satış mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nəsimi
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 21 oktyabr 2026
- Son müraciət tarixi
- 20 noyabr 2026
- Kateqoriya
- Satış
Vakansiya haqqında
Handex Bakının Nəsimi rayonunda satış mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Handex Əlavə Təhsil Mərkəzi komandamızı böyüdürük.
Vəzifə öhdəlikləri:
- WhatsApp, sosial media və telefon vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
- Leadlərlə əlaqə saxlanılması və satış prosesinin idarə edilməsi;
- Lead məlumatlarının CRM-də qeydiyyatı və statusların yenilənməsi;
- Yeni müştərilərin cəlb edilməsi və satışların həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və ödənişlərin sistemdə qeydiyyatı;
- Aylıq satış hesabatlarının hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi; təhsil sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Güclü ünsiyyət, inandırma və təqdimat bacarıqları;
- Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək, etirazlarla işləmək və satışla nəticələnən ünsiyyət qurmaq bacarığı;
- Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi;
- MS Office proqramları və internet resurslarından istifadə bacarığı.
- Telefon və yazılı kommunikasiya bacarığı;
- CRM və MS Office proqramlarında işləmək bacarığı;
- Aktiv satış və leadlərlə işləmək bacarığı;
Biz nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı + bonus sistemi;
- Peşəkar inkişaf və karyera imkanları;
- Şirkətdaxili təlim və inkişaf imkanları;
- Dinamik və komanda yönümlü iş mühiti;
- Komanda tədbirləri və korporativ fəaliyyətlər
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: Tam iş günü
- İş saatları: 10:00-19:00 (I – V), VI gün online
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.