Logistika koordinatoru
166 Yükdaşıma və LogistikaBakıda koordinator vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 16 noyabr 2026
- Baxış
- 709
- Müraciət
- 25
- Son müraciət tarixi
- 16 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
166 Yükdaşıma və Logistika Bakıda koordinator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
166 Yükdaşıma və Logistika şirkəti “Logistika koordinatoru” vakansiyası elan edir.
Tələblər:
- Ali təhsil (nəqliyyat sahəsi üzrə olması üstünlükdür);
- Logistika sahəsində minimum 1 il iş təcrübəsi;
- İngilis dili biliyi – minimum B2 səviyyəsi;
- Supply Chain və Finance üzrə sertifikatlara sahib olmaq üstünlükdür;
- Analitik düşüncə qabiliyyəti və hesabatlarla işləmə bacarığı (Excel, Power BI).
Vəzifə öhdəlikləri:
- Gündəlik sürücülərin fəaliyyətinə nəzarət etmək;
- Sənədləşmə proseslərini aparmaq və düzgün arxivləşməsini təmin etmək;
- Uçotların qeydini aparmaq və çatışmazlıqları vaxtında müəyyənləşdirmək;
- Fəaliyyətə görə motivasiyaedici sistemlər hazırlamaq və tətbiq etmək;
- Şirkətə məxsus avtomobillərin ümumi yanacaq hesabatlarını aparmaq;
- Yanacaq qeydlərinə nəzarət etmək və dəqiqliyini təmin etmək;
- Agile qrup sisteminə nəzarət etmək və gündəlik məlumatların vaxtında doldurulmasını təmin etmək;
- P&L analizində dəstək göstərmək və məlumatların düzgün daxil edilməsini təmin etmək;
- Sürücü KPI sisteminin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;
- Şirkətin işini optimallaşdıracaq təşəbbüslərə açıq olmaq və onların tətbiqini dəstəkləmək;
- Nəticələr barədə mütəmadi olaraq qruplarda məlumat paylaşmaq;
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Xırdalan şəhəri.
Uyğun namizədlərdən CV-lərini “Logistika koordinatoru” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.