Təchizat üzrə Koordinator
Bakıda koordinator vakansiyası
Maaş: 1.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 2 oktyabr 2026
- Son müraciət tarixi
- 1 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
Bakıda koordinator tələb olunur. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifələr:
- Satınalma sifarişlərinin verilməsi, satınalma prosesində iştirak və malların/xidmətlərin vaxtında təmin edilməsinin təşkili
- Sifariş edilən malların/xidmətlərin vaxtında çatdırılmasını təşkil etmək, tələblərə uyğun olub-olmadığını müəyyən etmək və qeydiyyata almaq
- Təchizatçılar və daşıyıcılarla sifarişləri razılaşdırmaq və sifariş prosesini izləmək
- Təchizatçılarla danışıqlar aparmaq və çatdırılma şərtlərini Menecer ilə razılaşdırmaq
- Təchizat əməliyyatlarına dair sənədləşməni təmin etmək
- Azərbaycan Respublikasının “Dövlət Satınalmaları haqqında” Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarına riayət etmək
Tələblər:
- Bakalavr dərəcəsi
- Bu və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
- Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları
- Dil bilikləri: Rus dili, İngilis dili
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
Şərtlər:
- İş yeri: Aeroport şosesi (Koroglu metro stansiyasından servis xidməti mövcuddur)
- İş rejimi: 5 gün / 7 gün (08:00-17:00)
- Əməkhaqqı: 1000-1100 Azn (net)
- Şirkət tərəfindən nahar və balanslı mobil nömrə təmin edilir
Maraqlanan namizədlər CV-lərini “Təchizat üzrə Koordinator” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.