Əsas məzmuna keç
GoJob

Korporativ Satış üzrə menecer

SantralBakıda korporativ satış meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə vakansiyalar

Vakansiya haqqında

Santral Bakıda korporativ satış meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Şöbə/Bölmə: Korporativ Satış və Tender

Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və Marketinq Direktoru 

Tələblər:

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi: Minimum 1 il korporativ satış sahəsində.
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır; 
  • Kompyuter bilikləri: MS Office, 1C/ERP, e-mail və onlayn platformalar;
  • Əlavə: Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi;

Təklif:

  • Ofis - Dərnəgül. Ziya Bünyadov pr 2071
  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır (bonus - şəxsi və komanda hədəfi ilə)
  • B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.

Vəzifə təlimatı:

Müştəri və satış fəaliyyəti

  • Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək
  • Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək
  • Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq
  • Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək

Müqavilə və maliyyə sənədlərinin idarə olunması

  • Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək
  • Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək
  • Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək
  • Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək

Analitik və strateji fəaliyyət

  • Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərinə hesabatlar təqdim etmək
  • Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək
  • Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək

Daxili qaydalar və etik prinsiplər

  • Müştəri tərəfindən tələb olunan eyni məhsulların stokda olmadığı halda, ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq
  • Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək
  • Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq

Açar bacarıq və davranışlar:

  • Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək 
  • Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı
  • Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq
  • Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
  • Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək

CV-lərinizi “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Oxşar vakansiyalar