Korporativ satış üzrə baş mütəxəssis
Meqa Sığorta ASCBakıda korporativ satış üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 17 noyabr 2026
- Baxış
- 677
- Müraciət
- 49
- Son müraciət tarixi
- 17 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
Meqa Sığorta ASC Bakıda korporativ satış üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Struktur bölmə: Satış departamenti – Korporativ satış şöbəsi
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;
- Korporativ müştərilərin biznes fəaliyyətinin, sığorta ehtiyaclarının və risk xüsusiyyətlərinin təhlil edilməsi, onların tələblərinə uyğun kompleks və fərdi sığorta həllərinin hazırlanmasının koordinasiyası;
- Korporativ müştərilərin işçi heyətinə və əmlaklarına çarpaz satışların təşkili və bu istiqamətdə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın təmin edilməsi;
- Mürəkkəb və yüksək riskli sığorta təkliflərinin hazırlanması zamanı Anderraytinq və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi;
- Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
- Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
- Korporativ satış proseslərinin təkmilləşdirilməsi, yeni müştəri cəlbi və mövcud portfelin inkişafı istiqamətində təşəbbüslərin irəli sürülməsi.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: sığorta, satış və ya korporativ müştərilərlə iş üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
- Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- İri korporativ müştəri portfelinin müstəqil idarə edilməsi, mürəkkəb kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə;
- Kompleks sığorta təkliflərinin hazırlanması və satış nəticələrinin təhlili bacarığı.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.