Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Birbaşa satış üzrə baş mütəxəssis

Meqa Sığorta ASCBakıda satış mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
671
Müraciət
30
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Meqa Sığorta ASC Bakıda satış mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Struktur bölmə: Satış departamenti – Birbaşa satış şöbəsi

Vəzifə öhdəlikləri:

  • Birbaşa satış kanalında yeni müştəri cəlbi və satış hədəflərinin icrası üzrə yüksək potensiallı imkanları müəyyən etmək və satış fəaliyyətini effektiv təşkil etmək;
  • B2C və B2B müştərilərlə danışıqları aparmaq, fərdi satış yanaşmaları və təqdimat həlləri hazırlamaq;
  • Müştəri ehtiyaclarının düzgün müəyyən edilməsinə, uyğun məhsul seçiminə və satış sənədlərinin tamlığına nəzarət etmək;
  • Korporativ risk potensialı olan müraciətlərin aidiyyəti B2B şöbələrinə düzgün və vaxtında yönləndirilməsini təmin etmək;
  • Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
  • Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
  • Satış göstəricilərini təhlil etmək, rəhbərliyə hesabatlar təqdim etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
  • Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Meqa Sığorta ASC şirkətinin digər vakansiyaları

Meqa Sığorta ASC vakansiyaları