Əsas məzmuna keç
GoJob

Korporativ satış və ixrac üzrə mütəxəssis

"Unimetal" Məhdud Məsuliyyətli CəmiyyətBakıda korporativ satış və ixrac üzrə mütəxəssis vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə vakansiyalar

Vakansiya haqqında

"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət Bakının Nərimanov rayonunda «Korporativ satış və ixrac üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə və öhdəliklər:

  • Yerli və Xarici bazarları araşdırmaq;
  • Yeni korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının genişləndirilməsi;
  • Potensial müştərilərlə görüşlər keçirmək, şirkətin məhsullarını təqdim etmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun kommersiya təklifləri hazırlamaq;
  • Yerli və xarici bazarlarda rəqiblərin fəaliyyətini, məhsul qiymətlərini, bazar tələbatını və satış tendensiyarını təhlil etmək;
  • Satış həcminin və müştəri portfelinin artırılması istiqamətində tədbirlər görmək;
  • Yeni ixrac imkanlarını və tərəfdaşları aşkar etmək;
  • Məhsullar üzrə xarici bazarı araşdırmaq və potensial müştəriləri tapıb satış etmək;
  • Sərgi və tədbirlərdən xəbərdar olub, onlarda iştirak etmək;
  • Dünya dəmir bazarında dəyişiklik və yeniliklərdən xəbərdar olmaq;
  • Export edən yerli şirkətləri araşdırmaq;
  • Export olunan malları araşdırmaq.

Namizədə olan tələblər:

  • Azərbaycan, rus, ingilis və türk dilində sərbəst danışmaq və yazmaq
  • Dəqiq danışma və səbrlə dinləmə
  • Beynəlxalq dəmir standartlarını bilmək
  • Xarici tarif və ticarət qaydalarını bimək

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN + bonus
  • Nahar şirkət tərəfində verilir
  • İş vaxtı: 5 günlük iş həftəsi 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət şirkətinin digər vakansiyaları

"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət vakansiyaları