Əsas məzmuna keç
GoJob

Laborant

"Unimetal" Məhdud Məsuliyyətli CəmiyyətBakıda laborant vakansiyası

Maaş: 800 – 900 ₼ / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
9 sentyabr 2026
Son müraciət tarixi
9 oktyabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət Bakıda laborant axtarır. Tam ştat, maaş 800–900 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi

Əmək haqqı 800-900 AZN

Nahar şirkət tərəfindən təmin olunur

Ünvan: Abşeron rayonu., Məmmədli kəndi

Namizədlərdən CV-lərini "Laborant" başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Vəzifə öhdəlikləri

Metal və metal məhsullarının analizində istifadə olunan laboratoriya avadanlıqlarını tanımalı və onlarla təhlükəsiz və düzgün işləməyi bacarmalıdır

Analiz prosesi zamanı aparılan müşahidə və nəticələri səliqəli, dəqiq və standartlara uyğun şəkildə qeydiyyata almalıdır

İstehsalatda istifadə olunan xammal və hazır məhsullar üzrə kimyəvi və fiziki laborator analizlərini yerinə yetirməlidir

Laboratoriya rəhbərinin tapşırığı və nəzarəti altında, gündəlik istehsalatdan götürülmüş nümunələrin keyfiyyət göstəricilərinin analizini mövcud prosedurlara uyğun və vaxtında həyata keçirməlidir;

Metal məhsulların keyfiyyət dərəcələrini izləməli, norma və standartlardan kənara çıxmaları vaxtında aşkar etməli və hesabat verməlidir;

Cihazların göstəricilərini və laborator nəticələri müvafiq jurnallarda və ya 1C ERP proqramında qeydə almalıdır;

İstehsalat sahəsində sanitar-gigiyenik şəraitə nəzarət etməli, zəruri hallarda rəhbərliyə məlumat verməlidir;

İş prosesində əmək mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməlidir.

Tələblər

Kimya, kimya mühəndisliyi, materialşünaslıq, texnologiya və ya əlaqəli sahə üzrə ali təhsil

Sənaye laboratoriyası və ya metal məhsullarının keyfiyyət nəzarəti sahəsində ən azı 1 il iş təcrübəsi

Metal və xammal nümunələri üzərində analitik laboratoriya analizləri aparmaq bacarığı Laboratoriya cihaz və avadanlıqları ilə işləmək təcrübəsi

Analitik düşüncə tərzi, dəqiqlik və məsuliyyətli yanaşma

Qeydiyyat və sənədləşdirmə işlərini səliqəli şəkildə aparmaq bacarığı (istifadə edilən proqram təminatında (1C ERP)

"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət şirkətinin digər vakansiyaları

"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət vakansiyaları