Əsas məzmuna keç
GoJob

Kredit mütəxəssisi (Tovuz filialı)

Bakıda kredit mütəxəssisi vakansiyasıFinexKredit BOKT

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

FinexKredit BOKT Bakıda kredit mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər

  • Ali təhsil (Maliyyə,  İqtisadiyyat, Menecment, Bank işi, Biznesin İdarə edilməsi)
  • Kreditlərin verilməsinə dair Az.Res. Mərkəzi Bankının qayda, prosedur, təlimatlarını bilmək
  • Qızıldan anlayışı olması və Lombard krediti üzrə təcrübəsi olmaq
  • Sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
  • Yaş: 25-40
  • İş təcrübəsi: minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)
  • Komanda ilə işləmək bacarığı
  • Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
  • Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
  • Diqqətli və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

  • Yeni müştərilər cəlb etmək
  • Müştərilərin maliyyə vəziyyətinin təhlil olunması
  • Qızılın girovu və digər kreditlər üzrə (təminatlı, təminatsız, biznes və s.) məhsulun satışını təmin etmək
  • Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək məqsədi ilə müvafiq işlər görmək (reklam və s.)
  • Kredit işinin kredit komitəsinə hazırlanması
  • Müştərilərin mövcud portfelinin monitorinqi
  • Gecikmiş kreditlərin ödənilməsini borclulardan təmin etmək,
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

Əmək haqqı

  • Razılaşma yolu ilə.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Tovuz filialı - Kredit mütəxəssisi” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

FinexKredit BOKT şirkətinin digər vakansiyaları

FinexKredit BOKT vakansiyaları