Baş Kredit Mütəxəssisi - Şəki şəhəri
GL ASCŞəkidə kredit mütəxəssisi vakansiyası
Maaş: 400 ₼-dən / ay
Orta maaş: 650 AZN
- Yerləşmə
- Şəki
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 noyabr 2026
- Baxış
- 721
- Müraciət
- 40
- Son müraciət tarixi
- 19 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
GL ASC Şəkidə kredit mütəxəssisi axtarır. Tam ştat, ofisdə iş, maaş 400 AZN. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası!
Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun!
Şirkətimizin Şəki şəhərində yerləşən filialı üçün aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Aktiv satış fəaliyyətinin həyata keçirilməsi, yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması;
- Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili və kreditlərin rəsmiləşdirilməsi;
- Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması;
- Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Güclü ünsiyyət və təqdimetmə bacarığı;
- Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
- Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür.
Sizi nə gözləyir?
Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi!
- Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1 200 AZN-dək aylıq gəlir.
- Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir.
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
İş yeri: Şəki şəhəri.
Bu fürsəti dəyərləndirmək və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi – Şəki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
GL ASC şirkətinin digər vakansiyaları
GL ASC vakansiyalarıOxşar vakansiyalar
Bakıda kredit mütəxəssisi vakansiyasıBank Respublika, Bakı
Bakıda kredit mütəxəssisi vakansiyasıBank Respublika, Bakı
Bakıda kredit mütəxəssisi vakansiyasıİdeal Kredit BOKT, Bakı, Binəqədi
Bakıda kredit mütəxəssisi vakansiyasıASEL Kredit, Bakı
Qubada kredit mütəxəssisi vakansiyasıUnibank, Quba
Sumqayıtda kredit mütəxəssisi vakansiyasıCashouse LLC, Sumqayıt- Bakıda kredit mütəxəssisi vakansiyasıLombardcini Kredit Təşkilatı, Bakı
GL ASC haqqında
- Aktiv vakansiya
- 3
- Son 6 ayda
- 40
- Əsas şəhər
- Şəki
Kimləri axtarır
- kredit mütəxəssisi
- mühasib
- filial müdiri
GL ASC vakansiyaları: hazırda GoJob-da 3 aktiv vakansiya var, ən çoxu Şəkidə. Şirkət əsasən kredit mütəxəssisi, mühasib və filial müdiri vəzifələrinə işçi axtarır. Son 6 ayda GL ASC şirkətində iş üçün 40 vakansiya dərc olunub. GL ASC vakansiyalarında maaş adətən 400–600 AZN arasındadır. GL ASC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
GL ASC: bütün vakansiyalar (3)«Baş Kredit Mütəxəssisi - Şəki şəhəri» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
400 ₼-dən / ay. GoJob-da Azərbaycanda kredit mütəxəssisi vakansiyalarında orta maaş 650 AZN-dir (son 3 ayda 6 vakansiya). Bu vakansiyada 400 AZN təklif olunur — ortadan 38% aşağı.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Şəki.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.