Filial Meneceri - Şəki şəhəri
GL ASCŞəkidə filial müdiri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Şəki
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 noyabr 2026
- Baxış
- 624
- Müraciət
- 33
- Son müraciət tarixi
- 19 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
GL ASC Şəkidə filial müdiri axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
"GL" ASC (Sizin Lombard) Şəki şəhərində yerləşən filialı üzrə Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
- Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
- Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
- Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
- Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofislə səmərəli əməkdaşlıq etmək.
Namizədə dair tələblər:
- Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Yaş həddi: 30–50;
- Fərdi və komanda ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00
- Əməkhaqqı: Razılaşma yolu ilə
- Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus qazanmaq imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri.
Qeyd: Filialın kateqoriyası yüksəldikcə əməkhaqqı da mütənasib şəkildə artır.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Filial Meneceri (Şəki)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.
Əlaqə:
- Ünvan: Şəki şəhəri, filial ünvanı
- Telefon: (+994 50) 248 10 00
- Vebsayt: www.sizinlombard.az
GL ASC şirkətinin digər vakansiyaları
GL ASC vakansiyalarıGL ASC haqqında
- Aktiv vakansiya
- 3
- Son 6 ayda
- 40
- Əsas şəhər
- Şəki
Kimləri axtarır
- kredit mütəxəssisi
- mühasib
- filial müdiri
GL ASC vakansiyaları: hazırda GoJob-da 3 aktiv vakansiya var, ən çoxu Şəkidə. Şirkət əsasən kredit mütəxəssisi, mühasib və filial müdiri vəzifələrinə işçi axtarır. Son 6 ayda GL ASC şirkətində iş üçün 40 vakansiya dərc olunub. GL ASC vakansiyalarında maaş adətən 400–600 AZN arasındadır. GL ASC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
GL ASC: bütün vakansiyalar (3)«Filial Meneceri - Şəki şəhəri» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
Maaş müsahibədə razılaşdırılır.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Şəki.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.