Əsas məzmuna keç
GoJob

Laboratoriya texniki

TES (Test və Mühəndislik Xidmətləri) şirkətiBakıda laboratoriya texniki vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
1 oktyabr 2026
Son müraciət tarixi
31 oktyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

TES (Test və Mühəndislik Xidmətləri) şirkəti Bakıda «Laboratoriya texniki» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İşin təsviri:

  • Torpaq, beton testlərin icrası sahəsində qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş formalardan istifadə etmək
  • İstifadə etdiyi ölçü və sınaq avadanlıqlarını daim saz vəziyyətdə saxlamaq
  • Test nümunələrinin müvafiq qaydada saxlanılmasını təmin etmək
  • Nümunə hazırlama işçilərinin hazırladığı nümunələrisınaq avadanlıqlarında yerləşdirərək test emək
  • Sınaq nəticələri barədə hesabat hazırlayaraq mühəndisə təqdim etmək
  • Test nümunələrinin şahidlərini müvafiq qaydada saxlanılmasını təmin etmək
  • Tikinti sahəsində məhsula dair keyfiyyət testlərini şərtnamələrə, müvaafiq standartlara və daxili prosedurlara, təlimatlara əsasən icra etmək

Bilməlidir:

  • Torpaq, beton testlərini;
  • Tikintinin texnoloji proseslərini və iş ardıcıllığını;
  • Laboratoriya avadanlığını, onun işləmə prinsipləri və istismar qaydalarını;
  • Aparılan araşdırma işlərinin üsullarını və təşkilini;
  • Tikintidə laboratoriya nəzarətinə dair standartları, texniki şərtləri, metodikaları və təlimatları;
  • Nümunə üçün lazım olan məhsulların götürülmə qaydalarını və miqdarını;
  • Beynəlxalq standartları və onun tələbnamələrini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizəsinin norma və qaydalarını

Tələblər:

  • Orta təhsili
  • Torpaq, beton testləri sahəsində minimum bir il iş təcrübəsi

İş şəraiti:

  • İş rejimi 5 gün 
  • Əmək haqqı: 600 AZN NET

Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “Laboratoriya texniki” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar