Əsas məzmuna keç
GoJob

Layihə rəhbəri

Turkesh Dekor 2010Bakıda layihə meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 sentyabr 2026
Son müraciət tarixi
25 oktyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Turkesh Dekor 2010 Bakının Nərimanov rayonunda layihə meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • İş saatı: 09:00-18:00

Əsas vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
  • Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Layihə komandasının fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq;
  • Layihənin icra mərhələlərinə və son tarixlərə nəzarət etmək;
  • Müştərilər, podratçılar və digər tərəfdaşlarla koordinasiyanı həyata keçirmək;
  • Layihə üzrə riskləri müəyyənləşdirmək və operativ həll yolları təklif etmək;
  • Layihələrin gedişatı barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
  • Paralel layihələr üzrə prioritetləri müəyyən etmək və resursların səmərəli idarə olunmasını təmin etmək;

Vəzifə üzrə tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • PMP, PRINCE2 və ya digər beynəlxalq səviyyədə tanınan layihə idarəetmə sertifikatının olması üstünlükdür;
  • Forma-2, smeta/BOQ, icra aktları, texniki hesabatlar, çertyojlar və texniki spesifikasiyalarla işləmək bacarığı;
  • Subpodratçıların, sahə komandalarının və müxtəlif maraqlı tərəflərin koordinasiyası üzrə təcrübə;
  • MS Office, xüsusilə Excel, və AutoCAD proqramlarında işləmə bacarığı;
  • Texniki çertyojları və layihə sənədlərini oxuma bacarığı;
  • Smeta və büdcə ilə işləmək bacarığı;
  • Tikinti normaları, texniki təhlükəsizlik və SƏTƏM tələbləri barədə bilik;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Eyni anda bir neçə prosesi idarə edə bilmək;
  • Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • İşin tələblərinə uyğun olaraq ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq;

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Turkesh Dekor 2010 şirkətinin digər vakansiyaları

Turkesh Dekor 2010 vakansiyaları