Əsas məzmuna keç
GoJob

MEP mühəndisi

Turkesh Dekor 2010Bakıda MEP mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 sentyabr 2026
Son müraciət tarixi
25 oktyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Turkesh Dekor 2010 Bakının Nərimanov rayonunda «MEP mühəndisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • İş saatı: 09:00-18:00

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti və təmir layihələri üzrə MEP işçi çertyojlarının (shop drawing) hazırlanması;
  • Layihə və texniki sənədlərin oxunması, təhlili və sahəyə uyğunlaşdırılması;
  • Elektrik, mexaniki və santexnika sistemləri üzrə çertyojların hazırlanması və koordinasiyası;
  • Sahədə ölçülərin götürülməsi və as-built çertyojların hazırlanması;
  • MEP işlərinin layihə, spesifikasiya və texniki tələblərə uyğunluğunun yoxlanılması;
  • Material və avadanlıq spesifikasiyalarının hazırlanması və texniki sənədlərin yoxlanılması;
  • Sahə komandası, digər mühəndislər və podratçılarla MEP işlərinin koordinasiyası;

Vəzifə üzrə tələblər: 

  • MEP, mexanika, elektrik mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə bilik;
  • MEP layihələrinin hazırlanması və texniki çertyojların oxunması bacarığı;
  • AutoCAD proqramında işləmə bacarığı;
  • Revit MEP proqramını bilmək üstünlükdür;
  • Texniki sənədləşmə və spesifikasiyaların hazırlanması üzrə bacarıq;
  • MEP sistemlərinin quraşdırılması və texniki nəzarəti üzrə anlayış;
  • Yüksək məsuliyyətlilik və dəqiqlik;
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı;

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “MEP mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Turkesh Dekor 2010 şirkətinin digər vakansiyaları

Turkesh Dekor 2010 vakansiyaları