Leading Reporting Specialist
Landau Education GroupBakıda leading reporting specialist vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Səbail
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Könüllü
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar
Vakansiya haqqında
Landau Education Group Bakının Səbail rayonunda «Leading Reporting Specialist» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Microsoft Excel proqramı vasitəsilə rəhbərlik üçün interaktiv dashboard-ların hazırlanması və vizuallaşdırılması;
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması məqsədilə Microsoft Excel-də müxtəlif hesablama və hesabat modellərinin qurulması;
- Şirkət əməkdaşlarının sorğuları əsasında müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
- Məlumatların keyfiyyətinin yoxlanılması, emalı, təhlili və dəqiq, vaxtında təqdim olunmasının təmin edilməsi;
- Microsoft Excel-də Power Query vasitəsilə məlumatların əldə edilməsi, təmizlənməsi, transformasiyası və yenilənməsinin avtomatlaşdırılması;
- Pivot Table və Pivot Chart alətlərindən istifadə etməklə məlumatların təhlili, ümumiləşdirilməsi və dinamik hesabatların hazırlanması.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat, Tətbiqi riyaziyyat və ya digər əlaqəli sahələr üzrə);
- Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı;
- İri həcmli datalarla iş təcrübəsi;
- Power BI proqram təminatı ilə işləmək bacarığı üstünlükdür;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı, detallara diqqət və nəticə yönümlülük;
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Landau Education Group şirkətinin digər vakansiyaları
Bakıda akademik işlər üzrə mütəxəssis vakansiyasıLandau Education Group, Bakı, Səbail
Bakıda performansın idarə edilməsi üzrə mütəxəssis vakansiyasıLandau Education Group, Bakı, Səbail
Bakıda müəllim vakansiyasıLandau Education Group, Bakı, Səbail
Bakıda ingilis dili müəllimi vakansiyasıLandau Education Group, Bakı, Səbail