Əsas məzmuna keç
GoJob

Logistika (nəqliyyat) müdiri

Sədərək FirmasıBakıda logistika müdiri vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Sədərək Firması Bakıda «Logistika müdiri» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifələr:

  • Logistika şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək
  • Məhsulların anbarlardan satış nöqtələrinə vaxtında və düzgün çatdırılmasını təmin etmək
  • Nəqliyyat vasitələrinin və sürücülərin iş qrafikini təşkil etmək
  • Avtoparkın fəaliyyətinə nəzarət etmək
  • Nəqliyyat vasitələrinin texniki və ümumi işlək vəziyyətinə nəzarət etmək
  • Avtomobillərin sürücülərə təhvil-təslim prosesini təşkil etmək və təhvil zamanı nəqliyyat vasitəsinin işlək vəziyyətini yoxlamaq
  • Avtomobillərdə yaranan texniki problemləri ilkin mərhələdə müəyyən etmək və aidiyyəti üzrə həllini təşkil etmək
  • Avtomobillərin texniki baxış, təmir və texniki xidmət proseslərinə nəzarət etmək
  • Çatdırılma marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq
  • Sifarişlərin vaxtında icrasına nəzarət etmək
  • Nəqliyyat xərclərinə və yanacaq sərfiyyatına nəzarət etmək
  • Sürücülərin işinə və davamiyyətinə nəzarət etmək
  • Logistika üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Anbar, satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərmək
  • Logistika proseslərində yaranan problemlərin operativ həllini təmin etmək

Namizədə tələblər:

  • Logistika sahəsində rəhbər vəzifədə iş təcrübəsi
  • Komandanı idarə etmək bacarığı
  • Rutlanma və nəqliyyat prosesləri üzrə təcrübə
  • Analitik düşüncə və operativ qərarvermə bacarığı
  • MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı
  • Məsuliyyətli, intizamlı və təşkilatçılıq qabiliyyətli olmaq

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş qrafiki
  • Əmək haqqı: 1000-1200 Azn
  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin çıxışı
  • Nahar şirkət tərəfindən verilir.
  • İş saat 07:00-da başlayır.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiyalar