Təchizat və logistika mütəxəssisi
SeratoniaBakıda logistika üzrə mütəxəssis vakansiyası
Maaş: 800 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 noyabr 2026
- Son müraciət tarixi
- 13 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar
Vakansiya haqqında
Seratonia Bakıda logistika üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə üzrə əsas öhdəliklər:
- Satınalma və təchizatla bağlı işlədiyimiz xarici fabriklərlə danışıqların aparılması və malların sifariş edilməsi
- Nəqliyyat vasitəsinin növünün seçilməsi, sifarişi və malın çatdırılmasının izlənilməsi,
- Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi,
- Təchizat, nəqliyyat, maliyyə və digər sənədlərin (müqavilə, akt, etibarnamə, invoice və s.) hazırlanması,
- Gömrük orqanına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi,
- İdxal əməliyyatları üçün nəzərdə tutulan, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət,
- Ödənişlərin planlaşdırılması və hesabatların formalaşdırılması
Vəzifə üzrə əsas tələblər:
- Ali təhsil;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Vəzifə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini bilmək;
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, 09:00-dan 18:00-dək.
- İstirahət günü: Bazar.
- Korporativ nömrə verilir.
- Əmək haqqı: 800 azn + bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.