Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Mağaza Meneceri

Prime Accessories Mağazalar ŞəbəkəsiBakıda mağaza müdiri vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Baxış
651
Müraciət
24
Son müraciət tarixi
27 noyabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Prime Accessories Mağazalar Şəbəkəsi Bakıda mağaza müdiri axtarır. Tam ştat, ofisdə iş, maaş 1 000 AZN. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Biz sadəcə mağaza meneceri axtarışında deyilik...

Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır.

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;
  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;

Hansı super gücləriniz olmalıdır:

  • Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 3 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
  • Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
  • Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır
  • Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.
  • Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
  • Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.

Biz sizə nələr təklif edirik:

  • 6 günlük növbəli qrafikdə iş rejimi;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Satış sahəsində nailiyyətlərə görə bonuslar.
  • Fix 1000 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1200 – 2000 Azn)

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Prime Accessories Mağazalar Şəbəkəsi şirkətinin digər vakansiyaları

Prime Accessories Mağazalar Şəbəkəsi vakansiyaları

Prime Accessories Mağazalar Şəbəkəsi haqqında

Aktiv vakansiya
5
Son 6 ayda
13
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • mağaza müdiri
  • brend meneceri
  • satış məsləhətçisi
  • satış koordinatoru

Prime Accessories Mağazalar Şəbəkəsi vakansiyaları: hazırda GoJob-da 5 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən mağaza müdiri, brend meneceri, satış məsləhətçisi və satış koordinatoru vəzifələrinə işçi axtarır. Son 6 ayda Prime Accessories Mağazalar Şəbəkəsi şirkətində iş üçün 13 vakansiya dərc olunub. Prime Accessories Mağazalar Şəbəkəsi vakansiyalarında maaş adətən 450–1 500 AZN arasındadır. Prime Accessories Mağazalar Şəbəkəsi işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Prime Accessories Mağazalar Şəbəkəsi: bütün vakansiyalar (5)

«Mağaza Meneceri» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

1.000 ₼-dən / ay.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; növbəli.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.