Skip to content
GoJob
Back to jobs

Mağaza Meneceri

Prime Accessories Mağazalar ŞəbəkəsiStore manager job in Baku

Salary: from 1,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 28, 2026
Views
651
Applications
24
Apply before
November 27, 2026

Sales & Retail jobs in Baku

About this job

Prime Accessories Mağazalar Şəbəkəsi is hiring a store manager in Baku. Full-time, on-site, salary 1,000 AZN. Apply by email, directly to the employer.

Biz sadəcə mağaza meneceri axtarışında deyilik...

Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır.

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;
  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;

Hansı super gücləriniz olmalıdır:

  • Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 3 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
  • Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
  • Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır
  • Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.
  • Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
  • Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.

Biz sizə nələr təklif edirik:

  • 6 günlük növbəli qrafikdə iş rejimi;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Satış sahəsində nailiyyətlərə görə bonuslar.
  • Fix 1000 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1200 – 2000 Azn)

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

More jobs at Prime Accessories Mağazalar Şəbəkəsi

Jobs at Prime Accessories Mağazalar Şəbəkəsi

About Prime Accessories Mağazalar Şəbəkəsi

Open jobs
5
Last 6 months
13
Main city
Baku

Who they hire

  • store manager
  • brand manager
  • sales consultant
  • sales coordinator

Prime Accessories Mağazalar Şəbəkəsi jobs: 5 open jobs on GoJob right now, most of them in Baku. The company most often hires for store manager, brand manager, sales consultant and sales coordinator. Over the last 6 months, working at Prime Accessories Mağazalar Şəbəkəsi was offered in 13 job posts. Salaries in Prime Accessories Mağazalar Şəbəkəsi job posts are usually 450–1,500 AZN a month. All Prime Accessories Mağazalar Şəbəkəsi careers openings are on the company page.

All Prime Accessories Mağazalar Şəbəkəsi jobs (5)

Questions about the Mağaza Meneceri job

What is the salary?

from 1,000 ₼ / month.

What are the hours?

Employment: Full time; shifts.

Can I work remotely?

No, the job is on site.

Where is the job?

Bakı.

How do I apply?

Press “Apply”: the company's email opens, send your CV there.