Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Aparıcı Mühasibatlıq və Maliyyə Analitiki

Datazen SolutionsBakıda maliyyə analitiki vakansiyası

Maaş: 3.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 noyabr 2026
Baxış
679
Müraciət
40
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə iş elanları

Vakansiya haqqında

Datazen Solutions Bakıda maliyyə analitiki axtarır. Tam ştat, maaş 3 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə Təsviri

Maliyyə Analitiki olaraq, siz aşağıda qeyd olunan vəzifə və məsuliyyətlər çərçivəsində fəaliyyət göstərəcəksiniz:

  • Şirkətin illik büdcəsinin hazırlanması, struktur rəhbərləri ilə koordinasiyada büdcə proqnozlarını toplamaq.
  • IT layihələr üzrə gəlir və xərclərin hesablanması (CAPEX və OPEX planlaşdırılması), müqayisəli maliyyə analizlərinin aparılması
  • CAPEX və OPEX üzrə planlaşdırılan və faktiki xərclərə nəzarət etmək, qənaət imkanlarını müəyyənləşdirmək.
  • Layihə büdcələrinin hazırlanması, icrasına nəzarət və maliyyə axınlarının təhlili
  • Maliyyə məlumatlarının toplanması, emalı və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət və maliyyə proqnozlarının hazırlanması
  • Maliyyə, əməliyyat və layihə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması
  • Maliyyə risklərin azaldılması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət
  • Daxili və xarici stakeholderlərə (maraqlı tərəflərlə) effektiv əməkdaşlığın təmin edilməsi
  • Maliyyə hesabatlarında yaranan uyğunsuzluqların araşdırılması və müvafiq həll yollarının təklif edilməsi
  • Mühasibatlıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq aylıq və illik maliyyə hesabatlarının hazırlanması.
  • Verilmiş tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi

Tələblər:

  • Maliyyə və ya Mühasibat uçotu üzrə ali təhsil.
  • Minimum 4 il mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi.
  • Excel-də yüksək səviyyəli biliklər.
  • Güclü riyazi və analitik düşünmə qabiliyyəti.
  • ACCA sertifikatları olanlara üstünlük verilir.
  • Analitik hesabatların hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə biliklər.
  • Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik.
  • Xarici dil bilikləri: İngilis dili üzrə səlis bilik tələb olunur, rus dili biliyi üstünlük hesab edilir.
  • 1C proqramı üzrə ilkin biliklər arzu olunandır.
  • Problemləri sistemli və effektiv həll etmək bacarığı.
  • İT layihələrlə təcrübə üstünlük hesab edilir.

Əmək haqqı: 3000 Azn +

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar