SMM & Digital Marketing Manager
Bridge TravelBakıda marketinq meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 6 noyabr 2026
- Son müraciət tarixi
- 6 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Bridge Travel Bakıda marketinq meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Komandamıza yaradıcı düşüncəyə malik, vizual zövqü yüksək, sosial media trendlərini izləyən və ideyalarını peşəkar kontentə çevirə bilən SMM & Digital Marketing Manager axtarırıq!
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook və s.) idarə olunması;
- Sosial media strategiyasının və aylıq kontent planının hazırlanması;
- Kreativ Reels, videoçarxlar, post və Stories dizaynlarının hazırlanması;
- Brendin vizual üslubunun qorunması və inkişaf etdirilməsi;
- Reklam mətnlərinin və kreativ kampaniya ideyalarının hazırlanması;
- Meta Ads Manager vasitəsilə target reklamlarının müstəqil qurulması və idarə olunması;
- Reklam kampaniyalarının nəticələrinin təhlili və optimallaşdırılması;
- Sosial media hesablarının inkişafı, auditoriyanın və satışların artırılması.
Namizədə tələblər:
- SMM və Digital Marketing sahəsində minimum 3 il iş təcrübəsi;
- Kreativ düşüncə, güclü vizual zövq və yaradıcı yanaşma;
- Peşəkar səviyyədə Reels, video və qrafik kontent hazırlamaq bacarığı;
- Canva, CapCut, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere Pro, After Effects və digər müvafiq dizayn və video montaj proqramları ilə işləmək bacarığı;
- Meta Ads Manager üzrə praktiki təcrübə və target reklamlarını müstəqil idarə etmək bacarığı;
- Sosial media trendlərini izləmək və onları yaradıcı şəkildə tətbiq etmək;
- Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Azərbaycan dilində düzgün və cəlbedici mətn yazmaq bacarığı;
- Portfolio təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur:
- Turizm və səyahət sahəsində SMM təcrübəsi;
- Travel kontentinin hazırlanması və turizm məhsullarının tanıdılması üzrə təcrübə;
- İngilis və rus dillərini bilmək;
- Uğurlu reklam kampaniyaları və real nəticələrdən ibarət portfolio.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi – Cümə);
- Əmək haqqı: Yüksək əmək haqqı, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
CV və portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin CV göndərməsi xahiş olunur.