Marketinq Analitiki
Odontos LTDBakıda marketinq mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Odontos LTD Bakının Nərimanov rayonunda marketinq mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Şirkətimiz məlumat əsaslı qərarların qəbulunda aktiv rol oynayacaq, strateji düşünən və nəticəyönümlü Marketinq Analitiki axtarır.
Əsas vəzifələr
- Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlilinin aparılması;
- Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Satış və marketinq göstəricilərinin təhlili, analitik hesabatların hazırlanması;
- Yeni bazar imkanlarının müəyyənləşdirilməsi və inkişaf strategiyalarının hazırlanması;
- Məlumatların təhlili əsasında innovativ marketinq həlləri və yeni ideyaların irəli sürülməsi;
- Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək biznes nəticələrinin yaxşılaşdırılmasına dəstək göstərilməsi.
- Bazar araşdırmaları və monitorinqlər üçün əraziyə çıxış etmək.
Namizədə tələblər
- Marketinq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq analitikası və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilməsi;
- 1C proqramında işləmək bacarığı;
- Power BI, Google Analytics 4 (GA4), Looker Studio və ya digər analitik platformalar üzrə bilik üstünlükdür;
- Güclü analitik və strateji düşünmə bacarığı;
- Kreativ düşüncə tərzi, təşəbbüskarlıq və yeni ideyalar formalaşdırmaq bacarığı;
- Riskləri düzgün qiymətləndirərək çevik qərarlar qəbul etmək bacarığı;
- Yüksək məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma.
Təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik, innovativ və inkişafyönümlü iş mühiti.
İş şəraiti
- İş saatı: 09:00-18:00
- İş qrafiki – 5 gün
- Əmək haqqı qarşılıqlı razılaşma əsasinda.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Bakıda canlı yayım və müştəri əlaqələri üzrə əməkdaş vakansiyasıTəkər Store, Bakı, Nərimanov- Bakıda social media ads campaign specialist vakansiyasıThinkShift Investment Group, Bakı
Bakıda marketinq meneceri vakansiyasıHaus Luxury Interiors, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıMobifon Electronics, Bakı