Əsas məzmuna keç
GoJob

Marketinq mütəxəssisi

AREA MMCBakıda marketinq mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

AREA MMC Bakıda marketinq mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər

  • Marketinq, biznes və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Rəqəmsal marketinq alətləri və reklam platformaları üzrə biliklər
  • Planlaşdırma, analitik təhlil və layihələrin idarə olunması bacarıqları
  • Təşəbbüskarlıq, təşkilatçılıq və yüksək kommunikasiya bacarıqları

Əsas vəzifə öhdəlikləri

  • Müxtəlif layihələr üçün marketinq və kommunikasiya planlarının hazırlanması
  • Marketinq və reklam kampaniyalarının icrasına nəzarət və koordinasiya edilməsi
  • Reklam agentlikləri, dizaynerlər, podratçılar və KİV nümayəndələri ilə əməkdaşlığın həyata keçirilməsi
  • Müxtəlif reklam materiallarının hazırlanmasına nəzarət və koordinasiya edilməsi
  • Şirkət brendinin inkişafı və tanıdılması istiqamətində fəaliyyət göstərilməsi
  • Sosial şəbəkələr, vebsayt və digər rəqəmsal kommunikasiya kanallarının idarə olunmasına nəzarət edilməsi
  • Bazarın, rəqiblərin fəaliyyətinin və istehlakçı tendensiyalarının monitorinqinin aparılması
  • PR tədbirlərinin, təqdimatların və xüsusi layihələrin təşkilində dəstək göstərilməsi
  • Marketinq büdcələrinin tərtib edilməsi və icrasına nəzarət olunması
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi
  • Marketinq fəaliyyəti ilə bağlı mütəmadi hesabatların hazırlanması

İş saatı: 90:00 - 18:00 

Maaş: Əməkhaqqı müsahibə zamanı müzakirə olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar