Əsas məzmuna keç
GoJob

Material mühəndisi (Müşfiqabad q.)

North WestBakıda material mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 oktyabr 2026
Son müraciət tarixi
4 noyabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

North West Bakıda «Material mühəndisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə Öhdəlikləri

  • Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi. 
  • Prefabrik beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi. 
  • İstehsalda istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması. 
  • Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində yoxlanılması. 
  • Beton qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi. 
  • Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət edilməsi. 
  • Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi. 
  • Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması. 
  • Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması. 
  • Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak edilməsi. 
  • Materialların düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi. 
  • İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması. 
  • İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi. 
  • İstehsal üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi. 
  • Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi. 
  • Materialların istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması. 
  • KT/KН və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi. 
  • Keyfiyyətin idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət edilməsi. 
  • İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi. 

Tələblər

  • Mühəndislik üzrə bakalavr dərəcəsi 
  • Müvafiq iş təcrübəsi minimum 3 il

Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Material mühəndisi ((Müşfiqabad q.)” başlığı ilə göndərməklə edə bilərsiniz.

North West şirkətinin digər vakansiyaları

North West vakansiyaları