Əsas məzmuna keç
GoJob

Məhsul Meneceri

AvroraBakıda məhsul meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

Avrora Bakıda məhsul meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
  • Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
  • Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
  • Excel, Power BI və SAP proqramları üzrə biliklər;
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi); 
  • Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi; 
  • İngilis və Rus dil biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avrora şirkətinin digər vakansiyaları

Avrora vakansiyaları