Əsas məzmuna keç
GoJob

Layihəçi memar

North WestBakıda memar vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

North West Bakıda memar axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə Öhdəlikləri

  • İri miqyaslı mülki və sənaye təyinatlı binaların layihələndirilməsi sahəsində təcrübə;
  • Layihələrin FHN ekspertizasından keçirilmə prosesində, həmçinin icra mərhələsində müəllif nəzarətinin həyata keçirilməsi və bu proseslərdə aktiv iştirak edilməsi
  • Layihənin digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək, planlaşdırma və texniki uyğunluğu təmin edilməsi;
  • Müxtəlif ixtisaslaşdırılmış layihə komandaları arasında informasiya axınının effektiv təşkili;
  • Çap və təqdimat mərhələsindən öncə sənədlərin FHN ekspertiza tələblərinə uyğunluğunun yoxlanılması və təmin edilməsi;
  • Layihə sənədləri əsasında texniki spesifikasiyaların və həcmlərin dəqiq hesablanması;

Tələblər

  • Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Layihəçi memar kimi minimum 7–8 il iş təcrübəsi;
  • Eskiz və işçi layihələrin Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasında yüksək təcrübə (mütləq şərt);
  • Müxtəlif funksiyalı layihələrin FHN ekspertiza tələblərinə uyğun layihələndirilməsi və həcmlərin çıxarılması üzrə təcrübə
  • Tikinti materialları, texnologiyalar və quraşdırma prosesləri üzrə biliklər;
  • Layihənin müxtəlif mərhələlərində (eskiz, ilkin təklif, işçi və icra mərhələləri) həcmlərin müvafiq formatda hazırlanması bacarığı.
  • Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
  • Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
  • Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı 
  • Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
  • Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq

Qeydlər:

  • Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq 
  • Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
  • Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası  
  • Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected]  və ya [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Layihəçi memar” qeyd etməyiniz vacibdir.

North West şirkətinin digər vakansiyaları

North West vakansiyaları