Əsas məzmuna keç
GoJob

Merçendayzer

Lezzet groupBakıda merçendayzer vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Lezzet group Bakıda merçendayzer axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər

  • 1–3 il iş təcrübəsi;
  • Ali və ya orta təhsil;
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi arzuolunandır;
  • Məsuliyyətli, dəqiq və ünsiyyətcil olmaq;
  • Komandada işləmək bacarığı;
  • Səlis nitq və təqdimat bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • Satış nöqtələrində vitrinləri müəyyən edilmiş təlimatlara uyğun olaraq mütəmadi səliqəyə salmaq;
  • Məhsulların son istifadə tarixlərinə nəzarət etmək və bu barədə satış təmsilçilərini məlumatlandırmaq;
  • Satış nöqtələrində və mağazalarda məhsul çeşidlərinin mövcudluğunu və kifayətliliyini mütəmadi yoxlamaq;
  • Şirkətin məhsul çeşidləri haqqında məlumatlı olmaq və məhsulların düzgün təqdimatını təmin etmək;
  • Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması üçün yeni təkliflər irəli sürmək;
  • Potensial müştəriləri aktiv şəkildə axtarmaq və məhsulları təqdim etmək;
  • Müştərilərin şikayət, təklif və rəylərini aidiyyəti üzrə məsul şəxsə çatdırmaq;
  • Satış hesabatlarını mütəmadi olaraq rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
  • İş ünvanı: Əlişir Nəvai küçəsi 17

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Lezzet group şirkətinin digər vakansiyaları

Lezzet group vakansiyaları