Əsas məzmuna keç
GoJob

Yük avtomobili sürücüsü

Lezzet groupBakıda yük maşını sürücüsü vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Lezzet group Bakıda yük maşını sürücüsü axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər

  • Yaş həddi: 25–50 yaş;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Satış şirkətlərində yük avtomobili sürücüsü kimi 1–3 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq.

Əsas vəzifə öhdəlikləri

  • Avtonəqliyyat vasitəsini istismar təlimatlarına və qüvvədə olan yol hərəkəti qaydalarına uyğun idarə etmək;
  • Nəqliyyat vasitəsinin təmizliyini və texniki vəziyyətinə nəzarəti təmin etmək;
  • Sifarişlərə uyğun olaraq məhsulların anbardan avtomobilə yüklənməsində iştirak etmək və qaimələr əsasında məhsulların düzgünlüyünü yoxlamaq;
  • Məhsulları təyin edilmiş ərazi üzrə satış nöqtələrinə vaxtında və təhlükəsiz çatdırmaq;
  • Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək.

İş şəraiti

  • İş ünvanı: Əlişir Nəvai küçəsi 17
  • İş qrafiki: 5 günlük iş rejimi
  • Əməkhaqqı: 600 AZN

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu hissəsində: “Yük avtomobili sürücüsü” qeyd edilməlidir.

Lezzet group şirkətinin digər vakansiyaları

Lezzet group vakansiyaları