Avtomobil mexaniki
BYD Motors Baku MMCBakıda mexanik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 8 oktyabr 2026
- Son müraciət tarixi
- 8 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
BYD Motors Baku MMC Bakıda mexanik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
- Avtomobillərin mexaniki sistemlərinin diaqnostikası və təmiri;
- Asqı, sükan, əyləc və digər mexaniki sistemlərə texniki xidmət göstərilməsi;
- Amortizator, şaravoy, sükan ucluqları, səssizbloklar və digər mexaniki komponentlərin yoxlanılması və dəyişdirilməsi;
- Planlı texniki xidmət və təmir işlərinin həyata keçirilməsi;
- Mexaniki nasazlıqların səbəbinin müəyyən edilməsi və aradan qaldırılması;
- Texniki mayelərin və mexaniki komponentlərin vəziyyətinin yoxlanılması;
- Təmir işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi;
- Görülmüş işlərin keyfiyyətinin yoxlanılması.
Namizədə tələblər:
- Avtomobil mexanikası üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
- Avtomobilin mexaniki sistemləri üzrə geniş praktiki bilik;
- Asqı, sükan və əyləc sistemləri üzrə peşəkar bacarıq;
- Müasir avtomobillərin konstruksiyası barədə bilik;
- Texniki diaqnostika avadanlıqlarından istifadə bacarığı;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin mexaniki xüsusiyyətləri barədə bilik;
- Servis alətləri və avadanlıqlarından düzgün istifadə bacarığı;
- Məsuliyyətli, dəqiq və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.
İş şəraiti:
- İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil mexaniki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.