Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Müraciət müddəti bitib · 13 oktyabr 2026

Oxşar vakansiyalar

Məzmun Yaradıcısı (Content Creator)

Redmark Agency

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 sentyabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

Middle Content Creator
Biz, dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!

Əsas Öhdəliklər:
•⁠ ⁠Kontent Strategiyası və Planlama: Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması.
•⁠ ⁠Yeni müştərilər üçün brifə uyğun yaradıcı ideya və konseptin yaradılması.
•⁠ ⁠Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
•⁠ ⁠Kopiraytinq: Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması.
•⁠ ⁠Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması.
•⁠ ⁠Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması.
•⁠ ⁠Çəkiliş prosesində iştirak etmək.

Namizədə dair tələblər:
•⁠ ⁠Təcrübə: Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
•⁠ ⁠Portfolio: Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
•⁠ ⁠Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
•⁠ ⁠Şəxsi Keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.

İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19:00.
İş rejimi - hibriddir.

Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Redmark Agency şirkətinin digər vakansiyaları

Redmark Agency vakansiyaları