Əsas məzmuna keç
GoJob

Multiagent

Bakıda multiagent vakansiyası166 Cargo

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

166 Cargo Bakıda «Multiagent» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə tələbləri:

  • Ali təhsil arzuolunandır
  • Azərbaycan, Rus dili arzuolunandır
  • Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun)
  • Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
  • Yaş həddi: 20-38
  • Yanlız xanım namizədlər
  • Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən  daxil olan zənglərin və  müraciətlərin cavablandırılması;
  • Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması;
  • Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi;
  • Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi;
  • Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
  • Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;
  • Sifarişlərə nəzarət edilməsi;
  • Şirkətlə müştəri arasında düzgün koordinasiyanın qurulması;
  • Gün sonunda qəbul, imtina, yolüstü statuslarında olan sifarişlər istisna olmaqla digər statusları sıfırlamaq;
  • Proqramda sifariş ünvanlarının doğru şəkildə qeydiyyatını aparmaq;
  • Rəhbərliyə mütəmadi olaraq işin gedişatı ilə bağlı hesabat təqdim etmək;
  • Vəzifə icrası ilə bağlı rəhbərliyin tapşırıqlarının vaxtında icra edilməsi;
  • Trendyoldan edilən sifarişlərin T-desk platforması üzərindən daxil olan sorğularına baxılması;
  • şirkətə aid olan sorğuların müəyyənləşdirilməsi və müvafiq şöbələr ilə əlaqə saxlayaraq sorğuların tez bir zamanda düzgün formada həll edilməsi;
  • Trendyol şirkətinə bununla bağlı hesabatın verilməsi; rəhbərliyə mütəmadi yaranan problemlər və həlli barədə məlumatların ötürülməsi.

İş şəraiti:

  • İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
  • İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00
  • Ünvan: Əhməd Rəcəbli Küçəsi 1/25, Bina 5, Bakı Şəhəri Nərimanov Rayonu
  • Nahar vaxtı mövcuddur.
  • Əmək haqqı: 500-550 AZN

Maraqlanan şəxslər öz CV-lərini “Multiagent” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 0552023166

Oxşar vakansiyalar