Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Müştəri təcrübəsi üzrə aparıcı mütəxəssis

Kontakt HomeBakıda müştəri təcrübəsi üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
673
Müraciət
55
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Kontakt Home Bakıda «Müştəri təcrübəsi üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Mağazalar, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis üzrə müştəri təcrübəsinin təhlil edilməsi;
  • Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması, problemli məqamların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
  • NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin və alış etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və həyata keçirilməsi;
  • Sorğu anketlərinin hazırlanması, hədəf auditoriyanın, seçmə həcminin və sorğuların keçirilmə vaxtının müəyyən edilməsi;
  • Müştəri rəylərinin, şikayətlərinin və təkrar müraciətlərinin təhlil edilməsi, narazılıqların əsas səbəblərinin müəyyənləşdirilməsi;
  • Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və tövsiyələrin rəhbərliyə təqdim edilməsi;
  • Aidiyyəti bölmələrlə təkmilləşdirmə planlarının razılaşdırılması, icra prosesinin və nəticələrin izlənilməsi;
  • Mənfi rəy bildirən müştərilərlə geri dönüş prosesinə və problemlərin həllinə nəzarət edilməsi;
  • IT, BI və CRM komandaları ilə sorğuların, məlumatların toplanması və hesabatların avtomatlaşdırılması prosesində iştirak edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Müştəri təcrübəsi, müştəri araşdırmaları, xidmət keyfiyyəti və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kəmiyyət və keyfiyyət araşdırmalarının planlaşdırılması, keçirilməsi və nəticələrinin təhlili üzrə praktiki təcrübə;
  • NPS, CSAT və CES metodologiyaları, seçmənin formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər;
  • Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması və problemlərin kök səbəblərinin təhlili bacarığı;
  • Excel proqramında sərbəst işləmək bacarığı (Pivot cədvəllər, düsturlar, məlumatların emalı və yoxlanılması);
  • Hesabatların hazırlanması, göstəricilərin düzgün şərh edilməsi və nəticələrin təqdim olunması bacarığı;
  • Təhlil nəticələrini konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət, məsuliyyət və müstəqil işləmək bacarığı;
  • Müxtəlif bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını koordinasiya etmək bacarığı;
  • Power BI, Power Query, SQL bilikləri və CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır;
  • Pərakəndə satış və ya elektron ticarət sahəsində təcrübə, həmçinin ingilis dili biliyi üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Kontakt Home şirkətinin digər vakansiyaları

Kontakt Home vakansiyaları