Prodüser
Kontakt HomeBakıda prodüser vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 noyabr 2026
- Son müraciət tarixi
- 13 dekabr 2026
- Kateqoriya
- Dizayn, Foto və Video
Vakansiya haqqında
Kontakt Home Bakıda «Prodüser» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Video və foto layihələrinin çəkiliş prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Çəkiliş planının, iş qrafikinin və büdcənin hazırlanması, icrasına nəzarət edilməsi;
- Ssenarist, aparıcı, videograf və digər komanda üzvlərinin çəkiliş üzrə işinin koordinasiya edilməsi;
- Çəkiliş üçün məkan, iştirakçı, məhsul, rekvizit və texniki avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi;
- Çəkiliş məkanları, frilanserlər və təchizatçılarla danışıqların aparılması;
- Çəkilişdə istifadə olunacaq məhsulların funksiyalarının və düzgün istifadə qaydalarının əvvəlcədən öyrənilməsi, nümayiş üçün hazır vəziyyətə gətirilməsinin təmin edilməsi;
- Məhsul və rekvizitlərin çəkiliş məkanına vaxtında gətirilməsinin və çəkilişdən sonra geri qaytarılmasının təşkil edilməsi;
- Məhsul və avadanlıqların təhvil-təsliminin qeydiyyata alınması, komplektliyinin və vəziyyətinin yoxlanılması;
- Çəkiliş günü komanda işinin və logistikanın təşkil edilməsi, yaranan problemlərin operativ həll edilməsi;
- Çəkiliş zamanı məhsul, rekvizit və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət edilməsi;
- Çəkiliş anbarındakı məhsul və rekvizitlərin uçotunun aparılması, anbar qalığına və giriş-çıxışına nəzarət edilməsi;
- Rekvizitlərin saxlanmasının və təkrar istifadəyə hazır vəziyyətdə olmasının təmin edilməsi, çatışmayan rekvizitləri müəyyənləşdirərək tədarükünün təşkil edilməsi;
- İstehsal xərclərinin uçotunun aparılması və resursların səmərəli istifadəsinin təmin edilməsi.
Tələblər
- Video və foto layihələrin təşkili (production) sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və ingilis dili biliyi üstünlükdür;
- Çəkiliş mərhələlərini planlaşdırmaq, yaradıcı və texniki komandanı koordinasiya etmək, eləcə də təchizatçılarla danışıqlar aparmaq bacarığı;
- Çəkiliş avadanlıqları barədə baza bilikləri və məhsulların funksiyalarını tez mənimsəyərək çəkilişə hazırlamaq bacarığı;
- Büdcə, xərc uçotu, təhvil-təslim və anbar qalığına nəzarət üçün MS Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı;
- Logistikanı təşkil etmək, çəkiliş meydançasında operativ qərarlar vermək, məhsul və avadanlıqların komplektliyinə məsuliyyətli yanaşma;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür (B kateqoriyası).
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və müasir iş mühiti;
- Müasir və rahat ofis şəraiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.