Əsas məzmuna keç
GoJob

CRM / Müştəri Xidmətləri üzrə əməkdaş

BrendfoniBakıda müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Brendfoni Bakıda müştəri xidmətləri üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifələr:

  • Müştərilərin müraciətlərini cavablandırmaq;
  • Sosial media üzərindən daxil olan mesajlara cavab vermək;
  • CRM sistemində ticketləri qəbul etmək və cavablandırmaq;
  • Müştərilərə sifariş və çatdırılma ilə bağlı məlumat vermək;
  • Müraciətləri düzgün istiqamətləndirmək və operativ şəkildə həll etmək.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü;
  • Şənbə günü onlayn şəkildə nəzarət;
  • Bazar günü qeyri-iş günü;
  • Əmək haqqı müsahibə zamanı razılaşdırılır.

Namizədə tələblər:

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Rus dili arzuolunandır;
  • Kompüter və CRM sistemlərindən istifadə bacarığı;
  • Səliqəli, diqqətli və məsuliyyətli olmaq;
  • Müştərilərlə nəzakətli ünsiyyət qurmaq;
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar