SEO üzrə Mütəxəssis / Ekspert
Baku Holiday TravelBakıda mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- BakıMirzəağa Əliyev küçəsi, 210, Winter Park Plaza, 1-ci mərtəbə
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 10 sentyabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Baku Holiday Travel Bakıda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əgər SEO sahəsində təcrübəniz, axtarış sistemlərinin iş prinsipləri üzrə bilikləriniz və vebsaytların orqanik görünürlüğünü artırmaq bacarığınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Şirkətin SEO strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş fəaliyyət planının icrasını təmin etmək
- Vebsayt və landing page-lərin SEO auditini aparmaq, inkişaf və optimizasiya imkanlarını müəyyənləşdirmək
- On-page, off-page və technical SEO fəaliyyətlərini həyata keçirmək, saytın axtarış sistemləri üçün optimallaşdırılmasını təmin etmək
- Açar söz araşdırmaları aparmaq, semantik analizlər həyata keçirmək və nəticələri məzmun strategiyasına inteqrasiya etmək
- Meta məlumatların, URL strukturunun, daxili linkləmənin və digər SEO elementlərinin optimallaşdırılmasını təmin etmək
- Backlink strategiyasını formalaşdırmaq, link profilini mütəmadi analiz etmək və inkişaf etdirmək
- Saytın indekslənməsi, performansı, istifadəçi təcrübəsi və yüklənmə sürətinə təsir edən texniki problemləri müəyyən etmək və həll prosesini koordinasiya etmək
- SEO tələblərinin tətbiqi məqsədilə developer, dizayn və kontent komandaları ilə sıx əməkdaşlıq etmək
- Rəqib analizləri aparmaq, bazardakı SEO imkanlarını müəyyənləşdirmək və rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin artırılmasına dəstək olmaq
- Google Analytics, Google Search Console, Semrush və digər analitik alətlər vasitəsilə SEO göstəricilərini izləmək, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
- SEO sahəsindəki yenilikləri, alqoritm dəyişikliklərini və bazar trendlərini izləyərək fəaliyyətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək
Baku Holiday Travel şirkətinin digər vakansiyaları
Bakıda telesatış üzrə mütəxəssis vakansiyasıBaku Holiday Travel, Bakı
Bakıda visa əməliyyatları üzrə mütəxəssis vakansiyasıBaku Holiday Travel, Bakı