Əsas məzmuna keç
GoJob

Ofis Meneceri

Zarat Import ExportBakıda ofis meneceri vakansiyası

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
4 noyabr 2026
Son müraciət tarixi
4 dekabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Zarat Import Export Bakıda ofis meneceri axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Zarat Şirkətlər Qrupu peşəkar komandasına inkişaf etməyə, yeniliklərə açıq və işində məsuliyyətli, yüksək ünsiyyət bacarıqı olan  təcrübəli Ofis Meneceri axtarır!

Əsas vəzifə və məsuliyyətlər

  • Daxil olan zəngləri, elektron məktubları və müraciətləri operativ yönləndirmək, cavablandırılmasını izləmək;
  • Rəsmi məktubları, arayışları və digər inzibati sənədləri peşəkar üslubda hazırlamaq;
  • Ofis ləvazimatları və inzibati xidmətlər üzrə ehtiyacları, sifarişləri və xərclərin uçotunu izləmək;
  • Rəhbərliyə görülmüş işlər və açıq məsələlər barədə qısa, strukturlaşdırılmış hesabat təqdim etmək;
  • Məxfi məlumatlarla işləyərkən dəqiqliyi və konfidensiallığı qorumaq.

Namizədə tələblər

  • Ali təhsil;
  • Ofis idarəçiliyi, inzibati koordinasiya və ya rəhbər köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, rəsmi yazışma bacarığı;
  • MS Excel, Word və Outlook proqramlarından  istifadə;
  • Problemləri vaxtında görmək, həll variantları təklif etmək və verilmiş səlahiyyət daxilində müstəqil işləmək;
  • İşgüzar etika, detallara diqqət və nəticəyə görə məsuliyyət.
  • Yaş həddi 30+ olanlara üstünlük veriləcəkdir.

İş şəraiti

  • İş qrafiki: 6 günlük (şənbə günü qısa)
  • Əmək haqqı: bilik və bacarıqlara əsasən ilkin 500-600 AZN

CV-lərinizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar