Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Planlama mütəxəssisi

Kartpak MMCBakıda planlama mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 noyabr 2026
Baxış
703
Müraciət
34
Son müraciət tarixi
27 dekabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə iş elanları

Vakansiya haqqında

Kartpak MMC Bakıda «Planlama mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Qutu istehsalı sahəsində karyera fürsəti!

Rəqəmlərlə işləməyi, həndəsəni və texniki təsvirləri sevirsiniz? O zaman bu vakansiya sizin üçün maraqlı ola bilər!

Qutu istehsalı ilə məşğul olan müəssisəmizə məhsulların konstruksiyasını anlamaq, material sərfiyyatını hesablamaq və istehsalat prosesini planlaşdırmaq üzrə Planlama mütəxəssisi axtarırıq.

Sizi hansı işlər gözləyir?

  • Müştəri sifarişləri əsasında qutuların ölçülərini və konstruksiyasını təhlil etmək;
  • Qutunun 2D açılımı əsasında onun 3D formasını müəyyən etmək;
  • Qutunun hazırlanması üçün tələb olunan karton, kağız və digər materialların miqdarını hesablamaq;
  • Karton vərəqlərinin ölçülərinə uyğun kəsim sxemlərini və materialdan istifadə imkanlarını qiymətləndirmək;
  • İstehsal zamanı yaranan material itkilərini hesablamaq və optimallaşdırmaq;
  • Sifarişlər üzrə xammal tələbatını və istehsalat planını hazırlamaq;
  • İstehsalat, anbar və təchizat komandası ilə koordinasiyalı işləmək.

Biz kimləri axtarırıq?

  • Ali təhsilli (mühəndislik, texniki, riyaziyyat və digər uyğun ixtisaslar üzrə);
  • Həndəsə və riyazi hesablamaları yaxşı bilən;
  • Məkan təsəvvürü və analitik düşüncəsi güclü olan;
  • Ölçülər, sahə, həcm və texniki çertyojlarla işləməyə maraqlı olan;
  • MS Excel biliklərinə malik;
  • Öyrənməyə, yeni texnologiyaları mənimsəməyə və inkişaf etməyə həvəsli olan.

Təcrübəniz yoxdur? Problem deyil!

Universiteti yeni bitirmiş məzunlar və karyerasına yeni başlayan namizədlər də müraciət edə bilərlər. Əsas gözləntimiz texniki düşüncə, hesablama bacarığı və öyrənməyə həvəsdir.

Sizə nə təklif edirik?

  • İstehsalat sahəsində peşəkar inkişaf imkanı;
  • Praktiki bilik və bacarıqların qazanılması;
  • Təcrübəli komanda ilə işləmək;
  • Uzunmüddətli karyera perspektivi.

Müraciət etmək üçün CV-nizi “Planlama üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Kartpak MMC şirkətinin digər vakansiyaları

Kartpak MMC vakansiyaları

Kartpak MMC haqqında

Aktiv vakansiya
2
Son 6 ayda
5
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • satış rəhbəri
  • satınalma meneceri
  • SMM meneceri

Kartpak MMC vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən satış rəhbəri, satınalma meneceri və SMM meneceri vəzifələrinə işçi axtarır. Son 6 ayda Kartpak MMC şirkətində iş üçün 5 vakansiya dərc olunub. Kartpak MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Kartpak MMC: bütün vakansiyalar (2)

«Planlama mütəxəssisi» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.