Skip to content
GoJob

Prodüser

Kontakt HomeProdüser job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 13, 2026
Apply before
December 13, 2026

Design, Photo & Video jobs in Baku

About this job

Kontakt Home is hiring for the role “Prodüser” in Baku. Full-time. Apply directly to the employer.

Təsvir

  • Video və foto layihələrinin çəkiliş prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Çəkiliş planının, iş qrafikinin və büdcənin hazırlanması, icrasına nəzarət edilməsi;
  • Ssenarist, aparıcı, videograf və digər komanda üzvlərinin çəkiliş üzrə işinin koordinasiya edilməsi;
  • Çəkiliş üçün məkan, iştirakçı, məhsul, rekvizit və texniki avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Çəkiliş məkanları, frilanserlər və təchizatçılarla danışıqların aparılması;
  • Çəkilişdə istifadə olunacaq məhsulların funksiyalarının və düzgün istifadə qaydalarının əvvəlcədən öyrənilməsi, nümayiş üçün hazır vəziyyətə gətirilməsinin təmin edilməsi;
  • Məhsul və rekvizitlərin çəkiliş məkanına vaxtında gətirilməsinin və çəkilişdən sonra geri qaytarılmasının təşkil edilməsi;
  • Məhsul və avadanlıqların təhvil-təsliminin qeydiyyata alınması, komplektliyinin və vəziyyətinin yoxlanılması;
  • Çəkiliş günü komanda işinin və logistikanın təşkil edilməsi, yaranan problemlərin operativ həll edilməsi;
  • Çəkiliş zamanı məhsul, rekvizit və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət edilməsi;
  • Çəkiliş anbarındakı məhsul və rekvizitlərin uçotunun aparılması, anbar qalığına və giriş-çıxışına nəzarət edilməsi;
  • Rekvizitlərin saxlanmasının və təkrar istifadəyə hazır vəziyyətdə olmasının təmin edilməsi, çatışmayan rekvizitləri müəyyənləşdirərək tədarükünün təşkil edilməsi;
  • İstehsal xərclərinin uçotunun aparılması və resursların səmərəli istifadəsinin təmin edilməsi.

Tələblər

  • Video və foto layihələrin təşkili (production) sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və ingilis dili biliyi üstünlükdür;
  • Çəkiliş mərhələlərini planlaşdırmaq, yaradıcı və texniki komandanı koordinasiya etmək, eləcə də təchizatçılarla danışıqlar aparmaq bacarığı;
  • Çəkiliş avadanlıqları barədə baza bilikləri və məhsulların funksiyalarını tez mənimsəyərək çəkilişə hazırlamaq bacarığı;
  • Büdcə, xərc uçotu, təhvil-təslim və anbar qalığına nəzarət üçün MS Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı;
  • Logistikanı təşkil etmək, çəkiliş meydançasında operativ qərarlar vermək, məhsul və avadanlıqların komplektliyinə məsuliyyətli yanaşma;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür (B kateqoriyası).

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və müasir iş mühiti;
  • Müasir və rahat ofis şəraiti;
  • Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  • Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at Kontakt Home

Jobs at Kontakt Home