Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Qeydiyyatçı

Fostanpak MMCBakıda qeydiyyatçı vakansiyası

Maaş: 550 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
691
Müraciət
43
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə iş elanları

Vakansiya haqqında

Fostanpak MMC Bakının Binəqədi rayonunda qeydiyyatçı axtarır. Tam ştat, maaş 550 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi, həftə içi saat 09:00–18:00; (6cı gün 09:00-15:00)
  • İstirahət günü: Bazar;
  • Əməkhaqqı: 550 AZN
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Ünvan: Bakı şəhəri, Binəqədi r,Binəqədi qəsəbəsi

Əsas Vəzifələr:

  • Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan müraciətlərin qeydiyyatını aparmaq;
  • Daxil olan sənədləri qəbul etmək, yoxlamaq və aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirmək;
  • Şirkətə gələn qonaqları qarşılamaq və müvafiq şəxslərə və ya struktur bölmələrə yönləndirmək;
  • Müvafiq şöbə tərəfindən təhvil verilən qaimələrin qeydiyyatının aparılması;
  • Vəzifə öhdəliklərini müəyyən edilmiş müddətlərdə və müvafiq tələblərə uyğun şəkildə yerinə yetirmək;
  • Birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları vaxtında, keyfiyyətlə və düzgün icra etmək.

Namizədə tələblər:

  • Namizəd xanım olmalıdır;
  • Yaş həddi: 22–35;
  • İş təcrübəsi minimum 1 il;
  • MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;
  • İşində dəqiqlik, intizam və yüksək məsuliyyətlilik;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Fostanpak MMC şirkətinin digər vakansiyaları

Fostanpak MMC vakansiyaları