Əsas məzmuna keç
GoJob

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Prior LeasingBakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyası

Maaş: 1.200 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə vakansiyalar

Vakansiya haqqında

Prior Leasing Bakının Nərimanov rayonunda rəqəmsal marketinq üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Digital marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Google Ads və Meta Ads reklam kampaniyalarının idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı;
  • Lead generation və sosial media idarəçiliyi üzrə biliklər;
  • SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Regionlara ezamiyyətə hazır olmaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış illik və aylıq planlar əsasında   həyata keçirmək; 
  • Google Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam   kampaniyalarını qurmaq, idarə etmək və optimallaşdırmaq;
  • Traktor, kombayn, aqreqat və digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar             planlaşdırmaq;
  • Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil etmək;
  • Reklamlardan daxil olan müraciətlərin CRM sisteminə (Bitrix24) düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini izləmək;
  • Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən effektiv kanallar arasında bölüşdürmək;
  • Google Analytics 4, Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və  konversiyaları izləmək;
  • Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Saytın SEO göstəricilərini izləmək, axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək;
  • Sosial media hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət etmək;
  • Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının və mətnlərinin hazırlanmasını koordinasiya etmək;
  • A/B testləri aparmaq (reklam mətnləri, vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək;
  • E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik kampaniyalar təşkil etmək;
  • Sərgi, festival və regional tədbirlərin digital təbliğatını həyata keçirmək;
  • Rəqib şirkətlərin digital fəaliyyətini və bazar tendensiyalarını müntəzəm təhlil etmək;
  • Yeni digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək

İş şərtlərimiz:

  • Əmək haqqı: 1200-1400 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2647&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Prior Leasing şirkətinin digər vakansiyaları

Prior Leasing vakansiyaları