Məhkəmə işləri üzrə hüquqşünas
Prior LeasingBakıda hüquqşünas vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 2 noyabr 2026
- Son müraciət tarixi
- 2 dekabr 2026
- Kateqoriya
- Hüquq
Vakansiya haqqında
Prior Leasing Bakının Nərimanov rayonunda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Namizədə olan tələblər:
- Ali təhsil(Hüquq);
- Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
- Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində hüquq sahəsi üzrə iş təcrübəsinin olması;
- Məhkəmə işlərinin aparılması və prosessual sənədlərin hazırlanması üzrə ilkin praktiki təcrübə;
- Kredit və lizinq müqavilələrindən irəli gələn hüquqi münasibətlər və mübahisələr barədə praktiki biliklər;
- Elektron məhkəmə informasiya sistemi ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Lizinq müqavilələrindən və digər mülki-hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə məhkəmə işlərinin aparılması;
- İddia ərizələrinin, etirazların, vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin, habelə digər prosessual sənədlərin hazırlanması;
- Müvafiq səlahiyyətlər əsasında şirkətin məhkəmələrdə təmsil edilməsi və məhkəmə iclaslarında iştirak;
- Məhkəmə işləri üzrə zəruri sənədlərin və sübutların toplanması, təhlili və sistemləşdirilməsi;
- Məhkəmə proseslərinin gedişatının, məhkəmə iclaslarının tarixlərinin və prosessual müddətlərin izlənilməsi;
- Məhkəmə qərarlarının təhlili və növbəti prosessual tədbirlərlə bağlı təkliflərin hazırlanması;
- Məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlı zəruri prosedurların həyata keçirilməsi və işlərin icra üzrə məsul hüquqşünasa təhvil verilməsi;
- Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə işlərinin izlənilməsi və müvafiq əməliyyatların aparılması;
- Məhkəmə işləri üzrə elektron reyestrin aparılması və məlumatların mütəmadi yenilənməsi;
- Görülmüş işlər, əldə edilmiş nəticələr, mövcud problemlər və növbəti tədbirlər barədə həftəlik və aylıq hesabatların hazırlanması;
- Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların yerinə yetirilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhkəmə işləri üzrə hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.