Skip to content
GoJob
Back to jobs

Kreativ və Rəqəmsal Marketinq üzrə Rəhbər

Deluxe Residence MTKDigital marketing specialist job in Baku

Salary: from 4,000 ₼ / month

Market average: 800 AZN

Work mode
On-site
Employment type
Full time
Posted
November 23, 2026
Views
642
Applications
55
Apply before
December 23, 2026

Marketing & PR jobs in Baku

About this job

Deluxe Residence MTK is hiring a digital marketing specialist in Baku (Yasamal district). Full-time, on-site, salary 4,000 AZN. Apply by email, directly to the employer.

Kreativ düşüncəni analitik yanaşma ilə birləşdirən, daxili kreativ komandaya rəhbərlik edəcək və rəqəmsal marketinq fəaliyyətinin strategiyasına, icrasına və nəticələrinə görə məsuliyyət daşıyacaq təcrübəli lider axtarırıq.

Əsas vəzifə və məsuliyyətlər

1. Komandanın idarə olunması

  • Akkaunt menecer, SMM mütəxəssisləri, dizayner, kopirayter və digər kreativ komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək
  • İş bölgüsünü, prioritetləri, icra müddətlərini və keyfiyyət standartlarını müəyyənləşdirmək
  • Komandanın məhsuldarlığını qiymətləndirmək, inkişafını və motivasiyasını təmin etmək

2. Marketinq strategiyası və planlaşdırma

  • Şirkətin layihələri üzrə rəqəmsal marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək
  • Bazar, rəqib və hədəf auditoriya araşdırmalarını təşkil etmək
  • Layihələr üzrə kampaniya planları və kommunikasiya istiqamətlərini müəyyənləşdirmək
  • Rəqəmsal trendləri izləmək və brendin kommunikasiya strategiyasına uyğun tətbiq etmək

3. Performance marketinq və reklam büdcəsi

  • Rəqəmsal reklam büdcəsini planlaşdırmaq, kanallar üzrə bölüşdürmək və effektiv idarə etmək
  • Google Ads, Meta Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarının qurulmasına və optimallaşdırılmasına rəhbərlik etmək
  • CPL, CPA, keyfiyyətli lead, konversiya və digər əsas KPI-ların icrasını təmin etmək
  • Yeni reklam platformalarını və alətlərini araşdırmaq, effektivliyini test etmək
  • Marketinq xərclərinin kommersiya nəticələrinə təsirini təhlil etmək

4. Analitika və texniki nəzarət

  • Google Analytics 4, Google Tag Manager, Meta Pixel və Conversion API kimi analitika və izləmə sistemlərinin düzgün işləməsini təmin etmək
  • Reklam platformaları və CRM məlumatları əsasında kampaniyaların nəticələrini təhlil etmək
  • Müntəzəm performans hesabatları hazırlamaq və optimallaşdırma təklifləri vermək
  • A/B testlərini planlaşdırmaq və nəticələr əsasında kampaniyaları təkmilləşdirmək

5. Influencer marketinq

  • Brendə uyğun influencer və kontent yaradıcılarını müəyyənləşdirmək
  • Əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq
  • Influencer kampaniyalarının planlaşdırılmasını, icrasını və nəticələrinin ölçülməsini idarə etmək

6. Kreativ istiqamət və kontent

  • Reklam kampaniyalarının kreativ konsepsiyalarını formalaşdırmaq və komandanı istiqamətləndirmək
  • Kampaniya ideyalarının brend mövqelənməsi və biznes hədəfləri ilə uyğunluğunu təmin etmək
  • Video kontentlərin konsepsiya və ssenari hazırlanmasında iştirak etmək
  • Foto və video çəkilişlərin kreativ istiqamətinə və icra keyfiyyətinə nəzarət etmək
  • Kreativ ideyaları performans nəticələri əsasında inkişaf etdirmək

Namizədə tələblər

  • Rəqəmsal marketinq sahəsində minimum 7 il iş təcrübəsi
  • Komanda idarəetməsi və strateji planlaşdırma təcrübəsi
  • Əhəmiyyətli reklam büdcələrinin idarə olunması və nəticəyönümlü kampaniyaların həyata keçirilməsi təcrübəsi
  • Google Ads, Meta Ads, GA4, GTM, Meta Pixel və Conversion API üzrə güclü praktiki biliklər
  • Reklam analitikası, KPI-lar və konversiya optimallaşdırılması üzrə təcrübə
  • Influencer marketinq və kreativ kampaniyaların idarə edilməsi bacarığı
  • Video kontent istehsalının əsas mərhələləri üzrə bilik və təcrübə
  • Güclü strateji, analitik və kreativ düşüncə
  • Liderlik, kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Eyni vaxtda bir neçə layihəni və komandanı effektiv idarə etmək bacarığı
  • Daşınmaz əmlak, premium məhsul və ya yüksək büdcəli xidmətlərin marketinqi üzrə təcrübə üstünlükdür.

Biz nə təklif edirik?

  • 4 000 AZN-dən başlayan rəqabətqabiliyyətli əməkhaqqı
  • Təcrübə və peşəkar kompetensiyalara uyğun fərdi əməkhaqqı təklifi
  • Premium daşınmaz əmlak layihələrinin marketinq strategiyasına birbaşa təsir imkanı
  • Daxili kreativ komandaya rəhbərlik etmək və genişmiqyaslı kampaniyalar üzərində işləmək
  • Peşəkar inkişaf və təşəbbüslərin reallaşdırılması üçün imkanlar

Maraqlanan namizədlər CV-lərini, idarə etdikləri kampaniyalardan nümunələri və ölçülə bilən nəticələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

More jobs at Deluxe Residence MTK

Jobs at Deluxe Residence MTK

About Deluxe Residence MTK

Open jobs
2
Last 6 months
21
Main city
Baku

Who they hire

  • civil engineer
  • digital marketing specialist
  • foreman
  • HSE specialist
  • sales representative

Deluxe Residence MTK jobs: 2 open jobs on GoJob right now, most of them in Baku. The company most often hires for civil engineer, digital marketing specialist, foreman, HSE specialist and sales representative. Over the last 6 months, working at Deluxe Residence MTK was offered in 21 job posts. Salaries in Deluxe Residence MTK job posts are usually 1,000–3,000 AZN a month. All Deluxe Residence MTK careers openings are on the company page.

All Deluxe Residence MTK jobs (2)

Questions about the Kreativ və Rəqəmsal Marketinq üzrə Rəhbər job

What is the salary?

from 4,000 ₼ / month. The average digital marketing specialist salary in Baku on GoJob is 800 AZN (8 jobs in 3 months). This job offers 4,000 AZN, 400% above average.

What are the hours?

Employment: Full time.

Can I work remotely?

No, the job is on site.

Where is the job?

Bakı, Yasamal.

How do I apply?

Press “Apply”: the company's email opens, send your CV there.