Əsas məzmuna keç
GoJob

Resepşn

Efendiler GroupBakıda resepşionist vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı, Sabunçu
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Efendiler Group Bakının Sabunçu rayonunda resepşionist axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
  • Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
  • Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək;
  • Qonaq və müştərilərin sorğularını cavablandırmaq;
  • Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
  • Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
  • Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək;
  • Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
  • Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.

Namizədə tələblər: 

  • Azərbaycan və  rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis dili arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan xanımlar;
  • Səliqəli görünüş və xoş ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.

İş şərtləri: 

  • Həftədə 6 iş günü
  • İş yeri: Babər pr. 
  • Əmək haqqı: 800-1000 Azn
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar