Əsas məzmuna keç
GoJob

Şabran filialı üzrə Kredit Satış İşçisi

FINCA AzerbaijanBakıda şabran filialı üzrə kredit satış işçisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

FINCA Azerbaijan Bakıda «Şabran filialı üzrə Kredit Satış İşçisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Şabran filialı üçün Kredit Satışı İşçisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Müştərilərlə yerində görüşlər təşkil edərək onların fəaliyyətini və maliyyə ehtiyaclarını qiymətləndirmək, uyğun kredit məhsullarını təqdim etmək
  • Müştərinin maliyyə və kredit qabiliyyətini təhlil etmək məqsədilə gəlir, xərc və biznes dövriyyəsi üzrə məlumatların toplanması və analizini həyata keçirmək
  • Müştərinin biznes və sosial məlumatlarını təhlil edərək fəaliyyətinin real mövcudluğunu və kreditin məqsədəuyğunluğunu qiymətləndirmək
  • Uyğunluq meyarlarına cavab verən müştərilər üzrə kredit ərizələrinin təqdim edilməsi, doldurulmasına nəzarət və əsas bank sisteminə daxil edilməsi
  • Müştəri məlumatlarının (əlaqə, biznes və sosial məlumatlar) tamlığı və düzgünlüyünün təmin edilməsi, məlumatların toplanması, yoxlanılması və sistemə daxil edilməsi
  • Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
  • Satış hədəflərinə nail olmaq, müştəri portfelini genişləndirmək və ərazi üzrə kredit satışlarının artırılmasına yönəlik aktiv fəaliyyət göstərm
  • Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
  • Kredit məhsulunun verilmə məqsədini və müştərinin biznes/təsərrüfat ehtiyaclarına uyğunluğunu qiymətləndirmək
  • Müştərinin kredit tarixçəsini Kredit Bürosu, kredit reyestri və daxili sistemlər üzrə yoxlamaq, nəticələri sistemə daxil etmək və kredit risklərini təhlil etmək
  • Zamin tələb olunan hallarda zaminin maliyyə vəziyyətini və öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirmək, riskli hallarda prosesi dayandıraraq rəhbərliyi məlumatlandırmaq
  • Kredit sənədlərinin tamlığını yoxlamaq və kredit paketinin düzgün formalaşdırılmasını təmin etmək
  • Təsdiq olunmuş kreditlər üzrə müştəriləri məlumatlandırmaq və növbəti mərhələləri izah etmək
  • Kredit verildikdən sonra müştərinin fəaliyyətinin monitorinqində iştirak etmək və kreditin məqsədli istifadəsini yoxlamaq
  • Müştəri sorğularını operativ cavablandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək

Tələblər

  • Təhsil: Ali və ya Kollec təhsili;
  • Təcrübə: Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində mikro və biznes kreditləri və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramlarıda sərbəst işləmək bacarığı;
  • Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük verilir;
  • Birbaşa müştəri cəlbi və kredit satışı üzrə praktiki təcrübə;
  • Müştərinin gəlir və xərclərini qiymətləndirmək bacarığı;
  • Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həll etmək bacarığı;
  • Kredit məhsulları, kredit siyasəti və kreditləşmə prosedurları üzrə prosedurları üzrə biliklər;
  • Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Analitik düşünmə və problem həlletmə bacarığı;
  • Komandada işləmək və təşəbbüskarlıq bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və hesabatlılıq bacarığı.

Qeyd: sabit əmək haqqı+aylıq hədəflərə əsaslanan bonus sistemi

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • bonus sistemi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

FINCA Azerbaijan şirkətinin digər vakansiyaları

FINCA Azerbaijan vakansiyaları