Əsas məzmuna keç
GoJob

Sahə rəisi

Capital ConstructionBakıda sahə rəisi vakansiyası

Maaş: 2.500 ₼-dən / ay

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 noyabr 2026
Son müraciət tarixi
12 dekabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

Capital Construction Bakının Nəsimi rayonunda sahə rəisi axtarır. Tam ştat, maaş 2 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət
  • Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi
  • Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət
  • İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması
  • Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması
  • Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması
  • Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət
  • Təslim-təhvil prosesində iştirak
  • Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması
  • Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi
  • Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət
  • Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət

Namizədə tələblər:

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
  • Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
  • Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
  • Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
  • Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəs.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 2500-2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Capital Construction şirkətinin digər vakansiyaları

Capital Construction vakansiyaları