Baş Satıcı (Növbəli)
WHSmithBakıda satıcı vakansiyası
Maaş: 700 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 5 noyabr 2026
- Son müraciət tarixi
- 5 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
WHSmith Bakıda satıcı axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılmışdır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Gecə növbəsi ərzində mağazanın fəaliyyətini koordinasiya etmək
- Satıcı-kassirlərin işinə nəzarət etmək və tapşırıqları bölüşdürmək
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək
- Kassa əməliyyatlarına, növbə təhvil-təsliminə və maliyyə intizamına nəzarət etmək
- Məhsulların rəflərdə düzgün yerləşdirilməsini və qiymət etiketlərinin uyğunluğunu yoxlamaq
- Məhsul qalığına, istifadə müddətlərinə və mağazanın ümumi vəziyyətinə nəzarət etmək
- Gecə növbəsi üzrə satış və əməliyyat hesabatlarını hazırlamaq
- Yarandığı halda müştəri müraciətlərini və əməliyyat problemlərini həll etmək
Namizədə tələblər:
- Orta ixtisas və ya ali təhsil
- Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi
- Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
- Kassa və POS sistemləri ilə işləmək bacarığı
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Diqqətlilik, dürüstlük və məsuliyyətlilik
- Gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş şəraiti
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
- İş qrafiki: Növbəli (Gecə və Gündüz)
- Əməkhaqqı: 700 AZN
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.