Kassir-Satıcı
WHSmithBakıda satıcı-kassir vakansiyası
Maaş: 650 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 12 oktyabr 2026
- Son müraciət tarixi
- 11 noyabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
WHSmith Bakıda satıcı-kassir axtarır. Tam ştat, maaş 650 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyətə başlamışdır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərilərə məhsul seçimində kömək etmək
- Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək
- Nağd və nağdsız ödənişləri qəbul etmək
- Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
- Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
- Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
- Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
- Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək
Namizədə tələblər:
- Minimum orta təhsil
- Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
- Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
- Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş şəraiti
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
- İş qrafiki: Növbəli (Gecə və gündüz)
- Əməkhaqqı: 650 AZN
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.